Netanyahu Blinkenlə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb.
Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdəki Ofisində ABŞ dövlət katibi Antoni Blinkenlə təkbətək görüş keçirir.
***11:33
İsrail və HƏMAS arasında hazırkı danışıqlar girovların qaytarılması, atəşkəsə nail olmaq üçün bəlkə də sonuncu fürsətdir.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Bu, 2023-cü il oktyabrın 7-dən bəri İsrailə və Yaxın Şərqə doqquzuncu səfərimdir və bu, həlledici, yəqin ki, ən yaxşı məqamdır, bəlkə də, girovları evlərinə qaytarmaq, atəşkəsə nail olmaq üçün son fürsətdir”, – Blinken bildirib.
***09:41
ABŞ-ın dövlət katibi Entoni Blinken Yaxın Şərqə səfəri çərçivəsində Təl-Əvivə gəlib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, səfərdə məqsəd Qəzzada atəşkəsə nail olmağın yolları ətrafında müzakirələrin aparılmasıdır.
Səfər çərçivəsində ABŞ rəsmisi İsrailin baş naziri Benyamin Netanyahu və digər yüksək vəzifəli rəsmilərlə görüşəcək.
Daha sonra onun Misirə səfər edəcəyi gözlənilir.














