“Ermənistandakı revanşizm dalğası, çağırışları fonunda bizim üçün təhlükəsizliyin təmin edilməsi ön plana keçib”.
Globalinfo.az xəbər verir ki, bunu deputat Elman Nəsirov Mili Məclisin mayın 31-də keçirilən yaz sessiyası üzrə son plenar iclasında deyib.
Deputat təhlükəsizlik baxımından müdafiə xərcləri ilə bağlı məsələnin daha önə çıxdığını bildirib:
“Büdcəmizə diqqətlə baxdıqda gəlir hissəsində dəyişiklərin olduğu görünür. 2023-cü il üzrə proqnozlarda 34 milyaddan artıq büdcə gəlirlərin olacağı gözlənilirdi. 2024-cü ilin büdcəsinin ilkin versiyasında 36 milyarddan çox gəlirin olması proqnozlaşdırılır. Bu gün ən önəmli məsələ isə ölkəmizin müdafiə xərcləridir. Ermənistandakı revanşizm dalğası fonunda bizim üçün təhlükəsizlik məsələsi ön plana keçib. 2024-da 6,4 milyard manatlıq müdafiə xərclərimiz 7,1 milyarda yükəsilib”.
Ayşən Mustafa
Globalinfo.az














