Biz siqnal göndəririk: Ermənistan Qarabağı… – Xaçaturyan

Biz siqnal göndəririk: Ermənistan Qarabağı... – Xaçaturyan

“Ermənistan hökuməti üçüncü respublikanın dağıdılması siyasəti aparır”.

Globalinfo.az xəbər verir ki, bunu “Hayastan” blokundan deputat Artur Xaçaturyan deyib.

O, üçüncü Ermənistan respublikasının əsasını Qarabağ və Ermənistanın təşkil etdiyini bildirib:

“Bu gün Ermənistan hökuməti Qarabağ erməniləri və diaspor arasında münasibətləri gərginləşdirməyə çalışırlar. Onlar bizim xalqı parçalamağa, onu qloballaşmanın əsirinə çevirməyə və erməni identikliyini silməyə cəhd edirlər. Biz siqnal göndəririk. Erməni dövlətçiliyi Qarabağ və Ermənistanın birləşməsini alqışlayır və bizi bu prosesdən çəkindirmək alınmayacaq”, – o bildirib.

Qeyd edək ki, “Hayastan” bloku Ermənistanın eks-prezidenti Robert Köçəryana tabedir.

Əliyar Xəlil
Globalinfo.az