Həmin yola bitum yox, dizel dağılıbmış – FOTOLAR

Həmin yola bitum yox, dizel dağılıbmış - FOTOLAR

Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında yük maşınının aşması nəticəsində yola dağılan maddənin mənşəyi məlum olub.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, yola dağılan maddə bitum yox, dizel yanacağı imiş.

***09:23

Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük avtomobilinin aşması səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Globalinfo.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

***08:51

Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük maşını aşıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Globalinfo.az-a verilən məlumata görə, hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb.

Qeyd olunub ki, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə metronun “20 Yanvar” stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bakıda bitum daşıyan maşın aşıb, "20 Yanvar" metrostansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilibBakıda bitum daşıyan maşın aşıb, "20 Yanvar" metrostansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib