“Birbank” mobil tətbiqində yaranan problem bu dəqiqələrdə aradan qaldırlıb.
Globalinfo.az xəbər verir ki, artıq tətbiqdə bütün kart məlumatlarını görmək və idarə etmək mümkündür.
***
“Kapital Bank” yaranan problemlə bağlı açıqlama yayıb.
Globalinfo.az xəbər verir ki, məlumatda bildirilib:
“Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb. Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq. Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər.
Müştərilərimizə anlayışları üçün təşəkkür edirik”.
***
“Birbank” mobil tətbiqinin işində problem var.
Globalinfo.az xəbər verir ki, istifadəçilər tətbiqdə hər hansı əməliyyatlar icra edə bilmirlər. Həmçinin bir çox istifadəçilər kart hesablarındakı məbləğləri görə bilmirlər.
Bəzi istifadəçilər kartlarından müəyyən məbləğdə pulların silindiyini də qeyd edir.
Qeyd edək ki, “Kapital Bank” bununla bağlı hələ ki rəsmi açıqlama yaymayıb.
Əliyar Xəlil














