Bəzi vicdansız hökumətlər danışıqları bu məqsədlə aparır – Xamenei

Bəzi vicdansız hökumətlər danışıqları bu məqsədlə aparır – Xamenei

İran ABŞ ilə danışıqlar aparmayacaq.

Globalinfo.az xəbər verir ki, bu fikirləri İranın Ali Lideri Seyid Əli Xamenei səsləndirib.

Onun sözlərinə görə, Vaşinqton öz maraqlarını güddüyü müddətcə İran ABŞ ilə danışıqlara razı olmayacaq.

“Bəzi vicdansız hökumətlər danışıqları problemləri həlli üçün deyil, öz maraqlarını yeritmək üçün keçirirlər. İran İslam Respublikası, əlbəttə ki, onların gözləntilərini doğrultmayacaq”, – Xamenei Trampın nüvə proqramı ilə bağlı danışıqlar üçün göndərdiyi təklif məktubu barədə danışarkən deyib.

Xamenei bildirib ki, Qərbin ikili standartları “mədəniyyətin rüsvayçılığından” başqa bir şey deyil.

Aysel Əliyeva
Globalinfo.az