Belqoroda raket hücumu haqda Putinə məruzə olundu

Rusiya Prezidenti Vladimir Putinə Belqorodun yaşayış məntəqələrinə endirdiyi zərbələr barədə məlumat verilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, dekabrın 30-da Belqorod şəhərinin mərkəzi atəşə tutulub. Rusiya tərəfi hücumun Ukrayna Silahlı Qüvvələri tərəfindən olduğunu açıqlayıb. Hücum nəticəsində 10 nəfərin öldüyü, 45 nəfərin xəsarət aldığı bildirilir.