Məşhur model ölümlə təhdid edilir: “Nömrəm sızdırılıb…”

Məşhur model ölümlə təhdid edilir: "Nömrəm sızdırılıb..."

Fələstin əsilli dünyaca məşhur model Bella Hadid ölkəsinə dəstəyini bildirdiyi üçün hər gün ölümlə təhdid edildiyini açıqlayıb. 

Globalinfo.az xəbər verir ki, o özünün və ailəsinin təhlükədə olduğunu bildirib.

“Hər gün ölümlə təhdid edilirəm. Telefon nömrəm sızdırılıb, ailəm təhlükədədir. Artıq səssiz qalmayacağam. Qorxu çıxış yolu deyil. Fələstindəki insanlar və uşaqlar, xüsusilə Qəzzadakılar səssiz qalmağımıza dözə bilməzlər. Onlar çox cəsurdurlar. Fələstinli olmağın çətinliyini başa düşmək çox vacibdir. Dünya bizi sülh istəməyən terrorçular kimi görür. Müharibənin qaydaları var və onlara riayət edilməlidir. Harada olmağımızdan asılı olmayaraq, liderlərə bu mövzuda təzyiq göstərilməlidir. Qəzzada, Fələstində günahsız insanlar unudulmamalıdır”.

Ayşən Mustafa
Globalinfo.az