Bələdiyyələrlə bağlı müsbət addım: iş adamları da… – Deputat

Bələdiyyələrlə bağlı müsbət addım: iş adamları da... - Deputat

“Bələdiyyələrin birləşdirilməsi müsbət addım oldu. Mövcud fəaliyyətlər, yardımlar, ənənəvi təlimlər nə qədər artırılsa da, ciddi nəticə əldə etmək çətin olur. Buna görə də konkret addımlar, fəaliyyətlər olmalıdır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev bu gün keçirilən plenar iclasda deyib.

Onun sözlərinə görə, bələdiyyələr və biznes strukturları arasında işgüzar əlaqələr qurulmalıdır:

“Bələdiyyələrlə biznes strukturları arasında əlaqələrin qurulması vacibdir. Hər bir bələdiyyə öz ərazisində mövcud resursları qərarlaşdıraraq onları biznes vasitəsinə çevirmək üçün addımlar ata bilərlər.

Bələdiyyələr və iş adamları arasında görüşlərin təmin olunması konkret layihələrin həyata keçirilməsi ilə nəticələnə bilər. Dövlət də hər bir bələdiyyəyə bu layihələrin həyata keçirilməsi üçün subvesnsiyalar ayırmalıdır.

Subvesnsiyalar davamlı layihələrə ayrılmalıdır. Bu halda sahibkar və bələdiyyələr birlikdə işləyə bilər. Bələdiyyələrə səlahiyyət verilsə də maliyyə resursu olmadan nəyisə yerinə yetirmək çətindir”.

Safura Bənnayeva
Globalinfo.az