
Yunanıstanın Sima adasında istirahət edərkən itkin düşən BBC-nin 67 yaşlı aparıcısı, televiziya jurnalisti və dietoloq Maykl Mosli Aqia Marina çimərliyi yaxınlığında ölü tapılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə BBC-nin saytında məlumat verilib.
Məlumatda bildirilib ki, axtarışlarda yanğınsöndürənlər, helikopterlər, dronlar, xüsusi itlər, yerli sakinlər, Mosli ailəsinin üzvləri iştirak ediblər.
Cəsəd tapıldıqdan sonra məlum olub ki, Moslinin ölümü bir neçə gün əvvəl baş verib.
Xatırladaq ki, jurnalist iyunun 5-də yoxa çıxıb.














