ABŞ Prezidenti Co Baydenin mümkün impiçmenti ilə bağlı qərar tezliklə veriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib.
İstintaq prezident və onun ailəsi, xüsusən də oğlu Hanter Bayden ətrafında korrupsiya iddialarına yönəlib. Ağ Ev rəhbəri isə əmindir ki, vergi pozuntularında şübhəli bilinən oğlu Hanter heç bir qanunsuz hərəkətə yol verməyib.
Qeyd edək ki, ABŞ-nin 46-cı və 80 yaşlı Prezidenti Co Baydenin vəzifə müddəti gələn il bitir.














