“ABŞ Prezidenti Co Baydenin prezidentlik yarışından çəkilməsi zaman məsələsinə çevrilib”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Vol Strit Jurnal” öz mənbələrinə istinadən çıxış edib.
Məlumata görə, Bayden artıq partiya yoldaşları və sponsorlarının dəstəyini itirib. Qəzetin mənbəsi deyir ki, onun koronovirusa yoluxması məsələsi də demokratlarda seçilsə belə Ağ Evdə qalıb-qala bilməyəcəyinə dair suallar yaradıb.
İddialara görə, iyulun 17-də Nyu-Yorkda demokratlarla əsas sponsorları arasında görüş keçirilib. Görüş zamanı Baydenə dəstəyin dayandırılması müzakirə edilib.
Əliyar Xəlil
Globalinfo.az














