Baydendən Putinə: “Qəddar tiran”

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini yenə ictimai şəkildə təhqir edib.

Globalinfo.az xəbər verir ki, Bayden Putini “qəddar tiran” adlandırıb.

“Biz Ukraynanı inamla dəstəkləyirik və bunu davam etdirəcəyik. Biz uzun illərdir tanıdığım “zalım tiran”ın qarşısında dayanırıq və geri çəkilməyəcəyik”, – deyə Ağ Ev rəhbəri vurğulayıb.

Buna baxmayaraq Bayden amerikalı hərbçilərin Ukraynada döyüşməyə göndərilməyəcəyini bəyan edib.

Xatırladaq ki, Bayden 2021-ci ilin martında Putini “qatil” adlandırmışdı və bu, diplomatik qalmaqala səbəb olmuşdu.

Müşviq Tofiqoğlu
Globalinfo.az