Bayden yenə təhqir etdi: “Putin quldurdur”

ABŞ prezidenti Co Bayden yenidən Rusiya lideri Vladimir Putini təhqir edib.

Globalinfo.az xəbər verir ki, Bayden bu dəfə Rusiya prezidentini quldur adlandırıb.

“Düşünürəm ki, ABŞ Konqresinin üzvləri Ukraynaya yardım məsələsində öz üzərinə düşəni etməyə hazırdır. Mən bu salonda olan hər kəsi Vladimir Putinə qarşı dayanmağa çağırıram. O, quldurdur”, – deyə Bayden vurğulayıb.

Xatırladaq ki, daha öncə İrlandiyanın Baş naziri Leo Varadkarla görüşdə Bayden Konqres üzvlərini Kiyevə 60 milyard dollardan çox maliyyə yardımı ayrılmasını nəzərdə tutan ikipartiyalı qanun layihəsini təsdiqləməyə çağırıb.

Kaliforniyadakı seçki kampaniyası zamanı etdiyi çıxışda isə ABŞ Prezidenti Putini “çılğın əxlaqsız” adlandırmış, Vaşinqtonun nüvə münaqişəsi təhlükəsindən daim narahat olduğunu diqqətə çatdırmışdı.

Əliyar Xəlil
Globalinfo.az