İmişlidə itkin düşmüş Rasimlə bağlı bütün zəruri addımlar atılır.
Globalinfo.az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, atılan addımların müsbət nəticə verəcəyinə ümid edir: “Hazırkı an üçün isə konkret nə isə demək mümkün deyil”.
X X X
İranda Azərbaycan səfirliyinə hücum edən şəxsin cəzasını alması istiqamətində danışıqlar davam edir.
Globalinfo.az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, bu, prosessual məsələdir: “İndi qarşı tərəfin qərarı təsdiqləməsi gözlənilir”.
Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
X X X
Separatçılarla bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Globalinfo.az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ittihamlar kifayət qədər ciddidir: “Zərərçəkmişlər çoxdur. Materiallarla tanış olma mərhələsi başlayacaq. Sonra isə iş məhkəməyə göndəriləcək”.














