Baş nazir iki yeni qərar imzaladı

Baş nazir iki yeni qərar imzaladı

Müflis elan olunmuş bankların vergitutma məqsədləri üçün xüsusi ehtiyatlarının yaradılması qaydası təsdiq edilib.

Globalinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

X X X

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi artırılıb.

Globalinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi 180 ştat vahidindən 210-a qaldırılıb.