Baş nazir Fuad Nəcəfi də bu siyahıya əlavə etdi    

Baş nazir Fuad Nəcəfi də bu siyahıya əlavə etdi    

Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı genişlənib.

Globalinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi və Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfirləri bu siyahıya əlavə edilib.