“Paşinyanın qarşısına nə qoysalar dəli kimi imza atır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.
O bildirib ki, Azərbaycana Zəngəzurdan yolun verilməsi haqqında protokol imzalanıb.
“Xoşbəxtlikdən söhbət hələ dəhlizin yaradılmasından yox, yolun verilməsindən gedir. Biz bunu Zaxarovadan öyrəndik. Siz 11 yanvar 2021-ci il tarixli protokolları oxumusunuz? Bəs 19 dekabr 2020-ci il protokolundan necə, xəbəriniz varmı? Bunları təsadüfən bir rus zabitinin əlindən qopararaq çap ediblər. Deyilənə görə, bu cür 7 sənəd imzalanıb. Qarşısına hansı sənədi qoysalar, dəli kimi ona imza atır”, – deyə Baqratyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az













