Bakının tələbinə o tarixdə baxıla bilər – Xandanyan

Bakının tələbinə o tarixdə baxıla bilər - Xandanyan

“Avropa İttifaqının sərhədimizdəki müşahidə missiyasının fəaliyyəti ilə bağlı məsələ İrəvanla ittifaq arasında müzakirə olunmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Xandanyan deyib.

O bildirib ki, Aİ müşahidəçilərinin hansı heyətlə, nə vaxta qədər fəaliyyət göstərəcəyinə İrəvan qərar verir:

“Yalnız sülh sazişi bağlandıqdan, demarkasiya prosesi başa çatdırıldıqdan sonra ərazidə monitorinqə ehtiyacın olmayacağı bir vəziyyət formalaşarsa, o zaman məsələyə baxıla bilər.

Sülh sazişi ikitərəfli formatda, yaxud üçüncü tərəfdaş ölkənin təqdim etdiyi platformada imzalana bilər. Bizim üçün əsas məsələ prinsiplərimizə uyğunluqdur”.

Qeyd edək ki, rəsmi Bakı Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilmiş Aİ missiyasının regionu tərk etməsini tələb edir.

Ayşən Mustafa
Globalinfo.az