Bakının mərkəzindəki binalardan birinin zirzəmisindən meyit tapılıb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu Fətəlixan Xoyski küçəsi 110 ünvanında baş verib. Həmin binanın zirzəmisində kişinin ölüb qalması bildirilib. Dərhal polis və prokurorluq işçiləri oraya gəlib. Məlum olub ki, ölən şəxs 1967-ci il təvəllüdlü, Ağdam sakini olan Cəlil Səfərovdur.
Onun hansı səbəbdən ölməsi, həmin binaya niyə gəlməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Malik
Globalinfo.az














