“Azərbaycan məhkəmə hakimiyyəti üzərində köklü basqı formalaşdırmaq cəhdləri səngimir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Azərbaycan dövləti daxili stabilliyi, hüquq məkanını sarsıtmağa, 90-cı illərin hüquqsuzluq dövrünün bərpa olunmasına imkan verməyəcək qədər qüdrətlidir:
“Lakin cəmiyyətimiz bu reallıqların fərqinə varmalıdır. Bu gün Azərbaycanda bəzi xarici ölkələrin səfirləri özlərini ombudsman kimi aparır, kim xahiş edib onlardan bu yersiz xidməti? Hər kəs, o cümlədən Azərbaycanda insanların hüquqları barədə “narahatlıq” yaşayan ölkələr yaxşı olar ki, öz gözlərində tiri görsünlər.
İnsanların yaşadığı bölgələrdə nüvə sınağı keçirən, dənizaşırı ərazilərdə xalqlara minimum haqları tanımayan Fransa kimi subyektlər, Avropa İttifaqının korrupsiya yuvası olan təsisatları bizə insan adına, bəşəri dəyər adına heç nə nə öyrədə, nə diktə edə bilməz.
Safura Bənnayeva
Globalinfo.az














