Bakıda yataqxanada yanğın: yaralanan var

Bakıda yataqxanada yanğın: yaralanan var

Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.

Globalinfo.az FHN-ə istinadən xəbər verir ki, ikimərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində 50 m² sahədə məişət tullantıları yanıb.

Yataqxana binası yanğından mühafizə olunub.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.