Bakıda qəza: yük maşını yoldan çıxdı – VİDEO

Bakıda qəza: yük maşını yoldan çıxdı - VİDEO

Nərimanov rayonu, Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hadisə yerinə gələn polis əməkdaşlarının köməkliyi ilə yük avtomobili yoldan kənarlaşdırılıb və nəqliyyatın hərəkəti tam bərpa edilib.