Bu prospektdəki məhdudiyyət aradan qaldırıldı – FOTOLAR

Nərimanov rayonu, Heydər Əliyev prospekti, “Excelsior” otelin qarşısıda mirkoavtobusda yanğın baş verməsi səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

***13:44

Heydər Əliyev prospektində yanan avtomobil söndürülüb.

Globalinfo.az bildirir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Heydər Əliyev prospektində avtomobildə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub:

“Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb”.

X X X

Nərimanov rayonu, Heydər Əliyev prospekti, “Excelsior” otelin qarşısıda mikroavtobusda yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib.

Bakıda mikroavtobusda yanğın baş veribBakıda mikroavtobusda yanğın baş veribBakıda mikroavtobusda yanğın baş veribBakıda mikroavtobusda yanğın baş verib