Mikroavtobusda 12 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT: Atası…

Mikroavtobusda 12 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT: Atası...

Bakıda ata 12 yaşlı qızına qarşı seksual xarakterli hərəkətlərin edildiyini bildirib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı Xəzər rayon Buzovna qəsəbə sakini, 1976-cı il təvəllüdlü R.Hüseynov 2-ci Polis Şöbəsinə müraciət edib. O qeyd edib ki, yanvarın 25-də saat 13 radələrində Buzovna ərazisində Mərdəkan qəsəbə sakini, 1975-ci il təvəllüdlü K.Mütəllimov idarə etdiyi mikroavtobusda 12 yaşlı qızı Fidana (ad şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib.

Şikayətçi qızına qarşı əxlaqsız hərəkətlər etmiş şəxsin cəzalandırılmasını istəyib.

Müraciətlə bağlı araşdırma aparılır.

Malik
Globalinfo.az