Bakıda intihar: Sevdiyi qızdan ayrıldı, özünü öldürdü

Bakıda intihar: Sevdiyi qızdan ayrıldı, özünü öldürdü

Bakıda intihar hadisəsi olub.

Globalinfo.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində baş verib. 23 yaşlı Elnur İlham oğlu Musayev yaşadığı evdə özünü asıb.

Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

İntiharla bağlı bəzi təfərrüat məlum olub. İntihar edən Elnur Musayev Zaqataladandır.

İlkin məlumata görə, E.Musayev sevdiyi qızdan ayrıldığı üçün canına qəsd edib.

Belə ki, o, intihar etməzdən öncə yazdığı məktubunda da bunu qeyd edib.

Mərhumun meyiti bu gün Zaqatalaya aparılaraq Göyəm kəndində dəfn edilib.

Bakıda intihar: Sevdiyi qızdan ayrıldı, özünü öldürdü