İsrail xarici işlər naziri Eli Kohen Türkmənistana səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı İsrail mətbuatı yayıb.
Məlumata görə, bu, İsrail xarici işlər nazirinin Türkmənistana ilk səfəri olacaq.
Qeyd edək ki, İsrail bundan öncə Türkmənistanda Səfirliyinin yeni binasını açıb. Belə ki, bu, İsrailin İran sərhədinə ən yaxın ərazidə yerləşən diplomatik korpusu olub.
Xatırladaq ki, Eli Kohen bu gün Bakıda səfərdədir.
İlkin Həsənov
Globalinfo.az














