Bakıda hind quşunun qiyməti təəccübləndirdi – VİDEO

Bakıda hind quşunun qiyməti təəccübləndirdi - VİDEO

Hər il yeni il öncəsi paytaxt və bölgələrə hind quşunun qiyməti bahalaşır, bayramdan sonra az da olsa ucuzlaşır.

Bu dəfə isə fərqli olub. Belə ki, paytaxt bazarlarında qiymət əl yandırır.

Bayram günü arxada qaldığından, üstəlik qiymətin ucuzlaşmaması səbəbindən alıcıların sayı da azalıb.

Satıcılar qiymətin baha olma səbəblərini hind quşunun azalması, yemin qiymətinin isə baha olması ilə izah edir.

Bakı bazarlarında qiyməti 45-50 manat arasında dəyişən hind quşunun qiyməti bölgələrdə fərqlidir.

Daha ətraflı “Xezerxeber”in süjetində: