Bakıda həmkəndlisini güllələyən şəxs hərbçi imiş – FOTO

İyunun 26-da paytaxtın Nərimanov rayonunda baş verən silahlı insidentdə qətlə yetirilən Tural Kosayevlə cinayətkar İsmayıl Allahverdiyev həmkəndli olublar.

Globalinfo.az Oxu.az -a istinadən xəbər verir ki, hər iki şəxs Qazax rayonunun Daş Salahlı kəndindədir.

Bundan başqa, İ.Allahverdiyev müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.