Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
***
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə FHN-dən bildirilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
***
FHN-dən bildirilib ki, partlayış Cəfər Cabbarlı adına Kinostudiyanın həyətində baş verib.
***
Məlumata görə, hadisə Azərbaycan Kinostudiyasının köhnə pirotexnika sahəsində qeydə alınıb.
Hazırda ərazidə güclü yanğın müşahidə edilir. FHN əməkdaşları yanğını söndürməyə çalışır.
***23:18
Bakıda İkinci Alatava adlanan ərazidə partlayış səsi eşidilib.
Bu barədə Globalinfo.az-ın hadisə yerində olan əməkdaşı bildirib.
Hadisənin təfərrüatları bəlli deyil. Amma hazırda güclü yanğın var.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ərazidədir.
Xəbər yenilənir…















