Bakıda dönərxanadakı yanğın söndürüldü – VİDEO

Bakıda dönərxanadakı yanğın söndürüldü - VİDEO

Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində fəaliyyət göstərən dönərxanada başlayan yanğın söndürülüb.

Globalinfo.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***13:12

Bakı Metropoliteni “Neftçilər” stansiyasının yaxınlığında yerləşən dönərxana yanır.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.

Bakıda dönərxanadakı yanğın söndürüldü - VİDEO Bakıda dönərxanadakı yanğın söndürüldü - VİDEO Bakıda dönərxanadakı yanğın söndürüldü - VİDEO