Bakıda bədbəxt hadisə: İran diplomatı kəllə-beyin travması aldı

Bakıda bədbəxt hadisə: İran diplomatı kəllə-beyin travması aldı

Bakının Xətai rayonunda əyləncə mərkəzində bədbəxt hadisə baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Afiyyədin Cəlilov 22 ünvanında yerləşən əyləncə mərkəzində qeydə alınıb.

İran vətəndaşı, 1972-ci il təvəllüdlü Hossein Yazdani suya baş vurmaq üçün hovuza atlanıb. Bu zaman onun başı hovuzun kənarına çırpılıb. O, açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər diplomatın vəziyyətinin stabil olduğunu bildirir.

Qeyd edək ki, H.Yazdani İranın Azərbaycanda səfirliyinin ikinci katibidir.