“3+3” regional platformasının növbəti iclası oktyabrın 18-də İstanbulda keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“İclasda bizə Azərbaycan, Ermənistan, Rusiya və İranın XİN rəhbərləri qoşulacaq”, – Hakan Fidan bildirib.
Xatırladaq ki, “3+3” platforması Cənubi Qafqaz regionu ölkələrinin və onların qonşularının (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) geniş əməkdaşlığını nəzərdə tutur.














