Hacı Zeynalabdin – Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı iyulun 12-si saat 17:20 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 12 nəfər (7-si kişi cinsli, 5-i qadın cinsi olmaqla) yerləşdirilib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.
***
Bakı-Qazax magistralının Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində zəncirvari qəza olub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı 2 mikroavtobus və yük avtomobili toqquşub.
Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Onlardan 5-i Şirvan şəhər xəstəxanasına yerləşdirilib, 4 nəfərə isə yerində ambulator yardım göstərilib.


















