“Əliyev tələb və ya əmr edir ki, Minsk Qrupu buraxılsın”.
Globalinfo.az xəbər verir ki, bunu rusiyayönlü erməni ekspert Arman Abovyan deyib.
O, Ermənistan-Azərbaycan sülh danışıqlarına bədbin yanaşıb:
“Mən indi Ermənistan hakimiyyətinin reaksiyasını proqnozlaşdırmayacağam, çünki Paşinyan hakimiyyəti adətən Əliyevin təkliflərini dəstəkləyir. Yeri gəlmişkən, düşünürəm ki, bu tələb artıq erməni tərəfi ilə razılaşdırılıb”.
Abovyan dollayı yolla etiraf edib ki, rəsmi Bakı üçün vasitəçisiz danışıqlar daha məqsədəuyğundur, çünki İrəvanı məhz onlar müdafiə edirdilər:
“Türkiyə-Azərbaycan üçün Ermənistanla vasitəçisiz danışıqlar aparılması çox vacibdir. Ona görə ki vasitəçilər Ermənistanın təslim olmasına imkan vermirdilər”.
Əliyar Xəlil
Globalinfo.az














