18 iyul 2025-ci il saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, 25 iyul 2025-ci il saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün valideynlər elektron qaydada növbə yarada biləcəklər. 2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isə növbələr saat 15:00-da aktiv olacaq.
Bu barədə Globalinfo.az-a MÜTDA məlumat verib.
Məlumat üçün bildiririk ki, valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2025-2026-cı tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron kabinet yarada bilərlər.
Qeyd: Qəbul sistemində ötən tədris ilində yaradılmış növbələr və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbələr və sorğular bu il üçün keçərli deyil.














