Nikol 8 kəndi belə qaytarmaq istəyir – Badalyan

Nikol 8 kəndi belə qaytarmaq istəyir - Badalyan

“Nikol Paşinyan 2024-cü ilin aprel-may aylarında növbədənkənar parlament seçkiləri keçirməyə hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni bloger Mika Badalyan deyib.

O bildirib ki, Paşinyan həmçinin konstitusiyada dəyişiklik etmək niyyətindədir:

“Paşinyan Ermənistan konstitusiyasında dəyişiklik etmək istəyir. Çünki bu dəyişiklik olmasa, 8 kəndi Azərbaycana təhvil verə bilməz, lakin o buna çalışır. Bu səbəbdən eyni vaxtda həm referendum olacaq, həm də parlament seçkiləri keçiriləcək”.

Əliyar Xəlil
Globalinfo.az