Babək prospektində qəza: tıxac yarandı

Babək prospektində qəza: tıxac yarandı

Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Globalinfo.az-a DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən metronun “Xalqlar Dostluğu” stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.