Babamın qəbir daşını market döşəməsində görəcəyim ağlıma gəlməzdi! – VİDEO

05.11.2023  13:25

Ata babamı heç vaxt görməmişəm. Onu heç atam da görməyib. Babam gənc yaşda dünyasını dəyişib. Qəbri bugünkü Ermənistanın Masis rayonunun Dostluq kəndindədir.

Hər zaman arzum olub ki, nə vaxtsa babamın qəbrini ziyarət edim. Ermənistanla Azərbaycan arasında sülh prosesi istiqamətində danışıqlar başlayanda arzumun gerçəkləşəcəyinə inancım bir az da artmışdı. Keçmiş zaman şəkilçisindən istifadə etdim, çünki bu gün oxuduğum bir xəbər məni kədərləndirdiyi kimi arzumu da ürəyimdə qoydu.

Jurnalist Natalya Aleksandrovna fotolar paylaşıb. Hansı ki, həmin fotolarda azərbaycanlıların qəbir daşlarının sökülərək Ermənistandakı marketlərin birinin döşəməsində istifadə edildiyi əks olunmuşdu. Faktı blogger Roman Baqdasaryan da təsdiq edib. Fotolara diqqətlə baxdıqda döşəmədən bir qadın və bir kişinin təsviri aydın şəkildə görünür.

Ətraflı videoda:

Turan Rzayev
Globalinfo.az