Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs edilib.
Bu barədə Globalinfo.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür. Görüntülərdəki şəxs, Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı Mərdan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.
Fakta görə rayon polis şöbəsində cinayət işi başlanıb, M.Hüseynov həbs edilib.
Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***16:51
Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat veriblər.
Məlumata görə, sosial şəbəkələrdə və xəbər saytlarında yayılan görüntülərdəki şəxsin Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı M.Hüseynovun olduğu müəyyən edilib.
Şübhəli şəxs dərhal rayon polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.