Bakıda Şəhidlər xiyabanında etik normalara zidd hərəkətlər edən və bu görüntüləri sosial şəbəkələrdə paylaşan xarici ölkə vətəndaşları saxlanılıb. Həmin şəxslər barəsində artıq cinayət işi açılıb.
Əcnəbilərin xiyabandan paylaşdığı görüntülər ictimaiyyətdə ciddi narazılıq doğurub. Onların hər ikisinin Azərbaycandan deportasiyası tələb edilir.
Şəhidlərə qarşı hörmətsizlik edən ərəbləri hansı cəza gözləyir? Deportasiya edilmələri mümkündürmü?
Globalinfo.az-a danışan vəkil Mehman Muradlı bildirib ki, hazırkı mərhələdə deportasiya məsələsindən söhbət gedə bilməz:
“Lakin saxlanılan şəxslər barəsində artıq cinayət işi başlanıb. Belə ki, faktla bağlı Cinayət Məcəlləsinin 245-ci maddəsi üzrə iş açılıb. Həmin maddəyə görə qəbir və ya meyit üzərində təhqiredici hərəkət edən şəxslər beş ilədək azadlıqdan məhrum edilmə ilə cəzalandırıla bilər.

Mehman Muradlı
Proses bu gün başlayıb və yaxın vaxtlarda həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət olunacaq. Bundan sonra onların barəsində hansı qətimkan tədbirinin seçiləcəyi bəlli olacaq”.
View this post on Instagram
Ləman İmran
Globalinfo.az














