Azərbaycanlı tələbələrin cəsədləri dağıntılardan çıxarıldı – VİDEO / YENİLƏNDİ

Azərbaycanlı tələbələrin cəsədləri dağıntılardan çıxarıldı – VİDEO / YENİLƏNDİ

Türkiyənin Malatya şəhərində zəlzələ zamanı dağılan binanın altında qalan 4 azərbaycanlı tələbələrin vəfat etməsi barədə xəbər təsdiqlənib.

Allah rəhmət eləsin!

***

Türkiyənin Malatya şəhərində zəlzələ zamanı dağılan binanın altında qalan 4 azərbaycanlı tələbələrdən daha ikisinin meyitinin tapılması ilə bağlı məlumat yayılıb.

Globalinfo.az xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır da bu məlumatı təsdiqləyib.

Millət vəkili deyib ki, dağıntılar altında qalan digər tələbənin axtarışı davam edir. Ahmet Çakırın sözlərinə görə, tələbələrin yaşadığı bina böyük, dağıntılar çox olduğu üçün axtarış işləri uzun vaxt tələb edib.

Lakin tələbələrin ailə üzvlərinin Globalinfo.az-a bildirdiyinə görə, hələ ki çıxarılan meyitlərin onlara məxsus olması rəsmən təsdiqlənməyib. Bildirilib ki, hal-hazırda barmaq izləri alaraq, kimlikləri araşdırılır.

***20:24

Bildirilir ki, Şahin Vəliyevin cənazəsi sabah Azərbaycana gətiriləcək.

***20:12

Zəlzələ nəticəsində dağıntılar altında qalan tələbələrdən birinin – Şahin Vəliyevin cansız bədəni tapılıb.

Bu barədə Globalinfo.az-a Şahinin yaxını xəbər verib.

Allah rəhmət eləsin!

Azərbaycanlı tələbələrin cəsədləri dağıntılardan çıxarıldı – VİDEO / YENİLƏNDİ

Zaira Akifqızı

Globalinfo.az