Azərbaycanlı müğənni İranda həbs edildi – FOTO

İran hüquq mühafizə orqanları Təbrizdən olan iki şəxsi –  Milad Cəlili və Salar Taherəfşarı həbs edib.

Globalinfo.az xəbər verir ki, onlar Təbriz həbsxanasına yerləşdiriliblər. Milad Cəlilinin repçi-müğənni, Taherəfşarın isə aktivist olduğu bildirilib.

Həbs edilən azərbaycanlıların valideynləri İrandakı Azərbaycanlı Siyasi Məhbuslar Assosiasiyasına bildiriblər ki, Taherəfşar 6 ay həbsə məhkum edilib.

“Azadlıq Radiosu”nun Fars Xidməti M.Cəlilinin İnstaqram hesabında noyabrda həbs edilən 13 azərbaycanlı aktivistə mahnı həsr edib paylaşdığı üçün tutulduğunu yazıb. Onu 8 ay həbs gözlədiyi deyilir. Onların hər ikisi rejimə qarşı təbliğatda ittiham edilirlər.

Qeyd edək ki, Milad Cəlili “İlşan” ləqəbi ilə məşhurdur.

Əliyar Xəlil
Globalinfo.az