Azərbaycanlı əsirə Ermənistanda ağır cəza verildi

Azərbaycanlı əsirə Ermənistanda ağır cəza verildi

Ermənistanda əsir saxlanılan azərbaycanlı hərbçi Hüseyn Axundova 20 il hökm oxunub. 

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

Qeyd edək ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbilə Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Daha sonra azərbaycanlı hərbçilər “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq barələrində həbs qərarı verilib.

Bununla yanaşı, sonradan Hüseyn Axundov barəsində daha bir cinayət işi başlanılıb. Hüseyn “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilirib. Bu gün isə “məhkəmə” azərbaycanlı hərbçini qətldə ittiham edərək 20 il həbsinə qərar verib. Ölən şəxsin ailəsi “məhkəmə”nin qərarını yumuşaq hesab edib və Hüseynə ömürlük həbs verilməsini tələb ediblər.