Azərbaycanlı deputatın və iş adamının övladlarından möhtəşəm addım – FOTO/VİDEO

Güney Azərbaycan əsilli İsveç deputatı Aida Kərimlinin və bu ölkədə yaşayan azərbaycanlı iş adamı Rasim Cabbarovun övladları Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım məqsədilə təqdirəlayiq addım atıblar.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, uşaqlar öz əl işlərini sataraq əldə etdikləri pulu Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə ianə edəcəklər.

Belə ki, A.Kərimlinin qızları Asena və Almila Kərimli, eləcə də R.Cabbarovun oğlu Murad Cabbarlı valideynlərindən xəbərsiz qolbaqlar hazırlayıb, bir-bir evlərə gedib sataraq, əldə olunan pulları zəlzələ nəticəsində zərər çəkən həmyaşıdları üçün göndərməyi planlaşdırırlar.

Məlumata görə, uşaqlar 3 gün ərzində 700 AZN-dən çox məbləğ əldə ediblər.

Zaira Akifqızı
Globalinfo.az