Azərbaycanlı bloger, “Subo” adı ilə tanınan Məmmədov Sübhan Murad oğlu Rusiya vətəndaşlığından çıxarılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarından məlumat verilib.
“Məmmədov Sübhan Murad oğlunun Rusiya vətəndaşlığı alarkən özü haqqında yalan məlumatlar təqdim etməsi müəyyən edilib. Bu səbəbdən o, Rusiya vətəndaşlığından məhrum edilib”, – agentliyə verilən məlumatda deyilir.
Həmçinin blogerin Rusiya Federasiyası ərazisinə girişinə 70 il qadağa qoyulub.
Qeyd edək ki, Sübhan Məmmədovun həm də Azərbaycan vətəndaşlığı var. Hazırda onun BƏƏ-də olduğu deyilir. Blogerin İnstaqram hesabı 13,5 milyon abunəçiyə sahibdir.
Aysel Əliyeva
Globalinfo.az














