Azərbaycanla Qazaxıstan arasında bu diplomlar qarşılıqlı tanınacaq

Azərbaycanla Qazaxıstan arasında bu diplomlar qarşılıqlı tanınacaq

Azərbaycan və Qazaxıstan dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomları qarşılıqlı şəkildə tanınacaq.

Globalinfo.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin mayın 21-də keçirilən plenar iclasında səsverməyə çıxarılıb.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi qəbul edilib.

Ayşən Mustafa
Globalinfo.az