Azərbaycanla bir-birimizə verə biləcəyimiz çox şeylər var – Sloveniya prezidenti

Azərbaycanla bir-birimizə verə biləcəyimiz çox şeylər var - Sloveniya prezidenti

Sloveniya Prezidenti AŞPA-da Azərbaycan və Sloveniyanın sıx əlaqələrindən danışıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Sloveniya Prezidenti Nataşa Pirs-Musar AŞPA-nın yay sessiyası zamanı çıxış edib və daha sonra parlamentarilərin suallarını cavablandırıb. O, Azərbaycanla Sloveniyanın hər zaman yaxşı əlaqələrə sahib olduğunu, bunun daha da inkişaf etdirilə bilinəcəyini deyib:

“Bəzən mənim ölkəm özünü sadəcə Avropa ilə məhdudlaşdırır, ancaq dünya böyükdür və biz öz dostluqlarımızı, əlaqələrimizi daha da inkişaf etdirməliyik. Düşünürəm ki bu xüsusda Azərbaycan və Sloveniyanın bir-birinə verə biləcəyi çox şeylər var”,- deyə Prezident qeyd edib.