Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və həyat yoldaşı Brüsseldə soyğunçuluğa məruz qalıblar.
Globalinfo.az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Belçikanın Sudinfo nəşri yazıb.
İcarəyə götürülmüş skuterdə olan iki hücumçu Revolver tapançasının qundağı ilə diplomatın və onun həyat yoldaşının başına vuraraq, onlardan ümumi dəyəri 90 min avro olan iki cüt dəbdəbəli Rolex saatını qarət ediblər.