Gəncədə beynəlxalq konfrans keçirildi – YENİLƏNİB

Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər, yeni çağırışlar, imkanlar və perspektivlər mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Globalinfo.az bildirir ki, konfransda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, energetika nazirinin müavini Elnur Sultanov, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, Türkiyənin Gəncədəki baş konsulu, Belarus Dövlət İqtisad Universitetinin rektoru, Gəncə Dövlət Universitetinin rektoru və bir sıra dövlət idarələrinin əməkdaşları iştirak ediblər.

Konfrans iştirakçıları ilk olaraq Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzin qarşısında ucaldılmış abidənin önünə əklil və gül dəstələri düzüblər. Kitablardan, rəsm əsərlərindən, ekoloji təmiz məhsullardan hazırlınmış yeməklərdən və startaplardan ibarət sərgiyə baxış keçiriblər.

Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Heydər Əliyev haqqında qısa film izləndikdən sonra konfrans öz işinə başlayıb.

Konfransda ətraf mühitin qorunmasından, qlobal iqtisadi təhidlərdən danışılıb.

Konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin videomüraciəti dinlənilib.

***10:00

Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər, yeni çağırışlar, imkanlar və perspektivlər mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.

Globalinfo.az bildirir ki, konfransda Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Gəncə şəhər icra hakimiyyətinin başçısı, Türkiyənin Gəncədəki Baş konsulu, Belarus Dövlət İqtisad Universitetinin rektoru, Gəncə Dövlət Universitetinin rektorları və bir sıra dövlət idarələrinin əməkdaşları iştirak edir.

Konfrans iştirakçıları ilk olaraq Ulu Öndər Heydər Əliyevin adını daşıyan mərkəzin önündə ucaldılmış abidənin önünə əklil və gül dəstələri düzüblər. Kitablardan, rəsm əsərlərindən, ekoloji təmiz məhsullardan hazırlınmış yeməklərdən və startaplardan ibarət sərgiyə baxış keçiriblər.

Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, ümummilli lider Heydər Əliyev haqqında qısa film izləndikdən sonra konfrans öz işinə başlayacaq.

Qeyd edək ki, konfrans başa çatdıqdan sonra ağacəkmə aksiyası və Göygöl Milli Parkı ərazisində yerləşən göllərə balıq buraxma mərasimi də keçiriləcək.

***09:26

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, həmçinin kənd təsərrüfatı naziri Gəncə şəhərində səfərdədirlər.

Globalinfo.az bildirir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər. Yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda keçiriləcək Beynəlxalq elmi-praktiki konfransda iştirak edəcəklər.

Qeyd edək ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, energetika nazirinin müavini Elnur Sultanov, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov da elmi-praktiki konfransda iştirak etmək üçün Gəncədə səfərdədirlər.